DİN Tbilisidə bir neçə avtomobilin oğurlanması faktını aşkar edib – 2 nəfər saxlanılıb
DİN-in Tbilisi Polis Departamentinin İsani-Samqori İdarəçiliyinin əməkdaşları isti izlərlər aparılan operativ əməliyyat nəticəsində keçmişdə mühakimə olunmuş iki nəfəri, oğurluq ittihamı ilə Tbilisidə saxlayıb. Cinayət 4 ildən 7 ilə qədər azadlıqdan məhrum edilməni nəzərdə tutur.

İstintaqla müəyyən edilib ki, 1958-ci il təvəllüdlü D.S. və 1974-cü il təvəllüdlü L.A. cari ilin 31 yanvarında, Tbilisidə, İsani rayonunda 9 avtomobilin yan güzgülərini oğurlamağa cəhd göstəriblər və bu zaman hüquq mühafizəçiləri onları yerində saxlayıblar.

Polis avtomobillərdən çıxarılmış yan baxış güzgülərini hadisə yerindən sübut olaraq götürüb. Saxlanılanlar günahlarını etiraf ediblər.

İstintaq Gürcüstan CM-nin 19-177-ci maddəsinin 2-ci hissəsinin "a" və 3-cü hissəsinin "a" və "d" altbəndi ilə gedir. Maddə əvvəlcədən razılaşmış qrup tərəfindən törədilmiş oğurluq cəhdini nəzərdə tutur.

Mənbə: police.ge

Print