Bakurianidə qətl hadisəsi baş verib
Bakurianidə qətl hadisəsi baş
verib.
"Marneuli" Radiosu Birinci Kanala istinadən
xəbər verir ki, gənc kişiyə mübahisə zamanı öz qardaşı tərəfindən
soyuq silahla xəsarət yetirilib. Yaralanan şəxs xəstəxanaya
çatdırılana qədər yolda dünyasını dəyişib. Ölən kişinin 30
yaşlarında olduğu bildirilir.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, qəsdən törədilmiş
qətlin üstü tez bir zamanda açılıb.
“1999-cu il təvəllüdlü kişi həbs olunub. Polis onu
cinayyəti törətdikdən az sonra, Bakuriani qəsəbəsində həbs edib.
Nazirliyin məlumatına görə, müttəhim törətdiyi cinayəti etiraf
edib. Daxili İşlər Nazirliyi tərəfindən cinayət işi açılıb.
İstintaqa Gürcüstan Cinayət Məcəlləsinin 109-cu maddəsinin ikinci
hissəsinin “v” bəndi ilə başlayıb”, – DİN-in
məlumatında qeyd olunur.