Bakurianidə qətl hadisəsi baş verib
Bakurianidə qətl hadisəsi baş verib. "Marneuli" Radiosu Birinci Kanala istinadən xəbər verir ki, gənc kişiyə mübahisə zamanı öz qardaşı tərəfindən soyuq silahla xəsarət yetirilib. Yaralanan şəxs xəstəxanaya çatdırılana qədər yolda dünyasını dəyişib. Ölən kişinin 30 yaşlarında olduğu bildirilir.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, qəsdən törədilmiş qətlin üstü tez bir zamanda açılıb.

“1999-cu il təvəllüdlü kişi həbs olunub. Polis onu cinayyəti törətdikdən az sonra, Bakuriani qəsəbəsində həbs edib. Nazirliyin məlumatına görə, müttəhim törətdiyi cinayəti etiraf edib. Daxili İşlər Nazirliyi tərəfindən cinayət işi açılıb. İstintaqa Gürcüstan Cinayət Məcəlləsinin 109-cu maddəsinin ikinci hissəsinin “v” bəndi ilə başlayıb”, – DİN-in məlumatında qeyd olunur.
Print