VİDEO - Qldanidə atışma – “Gürcüstan bankı”nın filialına hücum olub
Qldanidə atışma – əldə olunan məlumata görə,
“Gürcüstan bankı”nın filiallarından birinə hücum
olub.
Hadisə bir neçə dəqiqə əvvəl baş verib. Hadisə yerinə patrul polisi
əməkdaşları səfərbər olunub.
Şahidlərin bildirdiyinə görə, üç nəfər maskalı şəxs bankdan çıxıb
və mühafizə polisləri istiqamətində atəş açıblar.
Onların bildirdiyinə görə, mühafizə polisi tərəfindən cavab atəşi
açılıb.
Əldə olunan məlumata görə, cinayətkarlar bir nəfəri girov götürərək
hadisə yerindən qaçmağa nail olublar.
Şahidlərin bildirdiyinə görə, onlar bir qızı girov götürüb, maşına
otuzduraraq qaçıblar.
Atışma nəticəsində mühafizə polisinin maşını xəsarət alıb, bir neçə
mağazada da gülə izləri var. Cinayətkarlar hadisə yerindən qaçıb
gizlənməyə müvəffəq olublar. Əldə olunan məlumata görə, hüquq
mühafizəçiləri hələ ki heç kəsi saxlamayıblar. İstintaq-axtarış
tədbirləri davam etdirilir.
Hadisə yerinə ekspert-kriminalistlər və kinoloqlar da gəlib.
Yaralıların olub-olmaması barədə heç bir məlumat yoxdur, lakin
hadisə yerinə təcili tibbi yardım briqadaları səfərbər olunub.
Mənbə:
rustavi2.ge