VİDEO - Qldanidə atışma – “Gürcüstan bankı”nın filialına hücum olub
Qldanidə atışma – əldə olunan məlumata görə, “Gürcüstan bankı”nın filiallarından birinə hücum olub.

Hadisə bir neçə dəqiqə əvvəl baş verib. Hadisə yerinə patrul polisi əməkdaşları səfərbər olunub.

Şahidlərin bildirdiyinə görə, üç nəfər maskalı şəxs bankdan çıxıb və mühafizə polisləri istiqamətində atəş açıblar.

Onların bildirdiyinə görə, mühafizə polisi tərəfindən cavab atəşi açılıb.

Əldə olunan məlumata görə, cinayətkarlar bir nəfəri girov götürərək hadisə yerindən qaçmağa nail olublar.

Şahidlərin bildirdiyinə görə, onlar bir qızı girov götürüb, maşına otuzduraraq qaçıblar.

Atışma nəticəsində mühafizə polisinin maşını xəsarət alıb, bir neçə mağazada da gülə izləri var. Cinayətkarlar hadisə yerindən qaçıb gizlənməyə müvəffəq olublar. Əldə olunan məlumata görə, hüquq mühafizəçiləri hələ ki heç kəsi saxlamayıblar. İstintaq-axtarış tədbirləri davam etdirilir.

Hadisə yerinə ekspert-kriminalistlər və kinoloqlar da gəlib. Yaralıların olub-olmaması barədə heç bir məlumat yoxdur, lakin hadisə yerinə təcili tibbi yardım briqadaları səfərbər olunub.

Mənbə: rustavi2.ge
Print