Polis Bolnisidə qrup şəklində həyata keçirilmiş oğurluq faktının üstünü açıb
“Marneuli” radiosunun Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, Bolnisidə iki nəfər oğurluq ittihamı ilə saxlanılıb, günahları sübuta yetirilərsə, onları 4 ildən 7 ilədək həbs cəzası gözləyir.

“Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Bolnisi Rayon Polis İdarəsinin əməkdaşları həyata keçirdikləri operativ-istintaq tədbirləri nəticəsində qrup şəklində törədilmiş oğurluq faktına görə 1991-ci ildə anadan olmuş A.S. və 1993-cü ildə anadan olmuş M.Q.-ni saxlayıblar. Törədilmiş cinayət 4 ildən 7 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.

İstintaq nəticəsində müəyyən olmuşdur ki, saxlanılan şəxslər 5 mart tarixində Bolnisidəki ərzaq mağazalarından birindən 1 200 lari dəyərində müxtəlif məhsullar oğurlayıblar. Hüquq mühafizəçiləri onları isti izlərlə yaxalayıb. Oğurlanmış məhsulların hamısı maddi sübut kimi müsadirə olunub.

Törədilmiş oğurluq faktı ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 177-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi və 3-cü hissəsinin “a” bəndi ilə istintaq davam edir”
– DİN-in bəyanatında deyilir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google