VİDEO/FOTO - Marneuli-Sadaxlı yolunda yol nəqliyyat hadisəsi baş verib
Marneuli-Sadaxlı yolunun 9-cu kilometrliyində yol nəqliyyat hadisəsi baş verib.

Hadisə zamanı Ermənistan dövlət nömrə nişanlı minik maşını ilə Gürcüstan dövlət nömrə nişanlı minik maşını toqquşub. Qəza nəticəsində hər iki avtomobilin sürücüləri yüngül xəsarət alıblar. 

Hadisə yerinə patrul polisi səfərbər olunub.

Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, Hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin nəqliyyat vasitələrinin hərəkət təhlükəsizliyi və ya istismarı qaydasının yüngül xəsarətlə nəticələnən pozulmasını nəzərdə tutan 276-cı maddəsinin birinci hissəsi ilə istintaq aparılır.

"Marneuli" radiosu

Print
თეგები: Sadaxlı Qəza Marneuli