DİN Tbilisidə qanunsuz odlu silah və döyüş materialları aşkarlayıb – 1 nəfər həbs olunub
DİN-in Tbilisi polis departamentinin istintaq idarəçiliyinin əməkdaşları aparılan əməliyyat nəticəsində 1967-ci il təvəllüdlü A.C.-nı odlu silah və döyüş materillarının aşkarlanması ittihamı ilə saxlayıblar. Cinayət 3 ildən 6 ilə qədər azadlıqdan məhrum edilməni nəzərdə tutur.

Hüquq mühafizəçiləri saxlanılanın evində aparılan axtarış nəticəsində qanunsuz odlu silah və güllə aşakr ediblər.

İstintaq odl silahın və döyüş materiallarının qanunsuz saxlanılma-əldə edilməsi faktı ilə bağlı CM-nin 236-cı maddəsinin 3-cü və 4-cü hissələri ilə gedir.

Mənbə: police.ge
Print ელ. ფოსტა
FaceBook Twitter Google