Xəbərlər
DİN narkotik istehsalı ilə məşğul olan mütəşəkkil qrupun 29 üzvünü həbs edib
DİN nazirinin müavini - Vladimer Bortsvadzenin brifinqi

Cəmiyyətə DİN tərəfindən aparılan geniş əməliyyat haqqında məlumat vermək istəyirik.

DİN tərəfindən Gürcüstana narkotik daxil edilməsi və istifadəyə verilməsi üzrə cinayət sxeminin aşkarlanması və mütəşəkkil qrupun üzvlərinin – geniş narkotik istifadəçilərinin həbs edilməsi əməliyyatı həyata keçirildi.

Tbilisi, Kvemo Kartli və Mərkəzi Kriminal Polis Departamentlərinin əməkdaşları geniş operativ-istintaq tədbirlərini həyata keçirib və nəticədə narkotik istehsalı ilə bağlı 29 nəfər həbs olunub.

Konkret olaraq Tbilisidə - Ponicala məntəqəsində davamlı narkotik isifadəyə verən, narkotik satıcıları qrupunun üzvləri saxlanılıb.

İstintaq nəticəsində müəyyən edilib ki, Ponicalada saxlanılan qrup üzvləri cinayət sxeminə əsasən Gürcüstanda narkotik maddənin yayılmasının başında dururlarmış. Onlar xüsusən böyük miqdarda müxtəlif növ narkotik maddələri başqa narkotik satıcılarına verirlərmiş və onlar tərəfindən narkotikn yayılması nəticəsində əldə olunan məbləğin müəyyən hissəsini götürürlərmiş.

Hakimin hökmü əsasından hüquq mühafizəçiləri saxlanılan şəxslərin dəfələrlə müxtəlif növ narkotik maddələrin, həmçinin, heroin və kokainin yoxlamaq üçün alınması və qeyd olunan alışın gizli video və audio qeydinin yazılmasını həyata keçirib.

Polis eləcə də ittiham olunanların üstlərinin, avtomobil və yaşayış evinin yoxlanılması zamanı onlarla bağlama, dəyərli, satış üçün hazrılanmış xüsusən böyük miqdarda narkotik maddə heroini dəlil olaraq müsadirə ediblər.
Həmçinin, narkotik cinayəti ilə əlaqədar olaraq paytaxtın başqa məhəllələrində, Rustavidə, Marneulidə, Qardabanidə, Kutaisi beynəlxalq aeroportunda və Lars sərhəd buraxılış məntəqəsində 9 nəfər saxlanılıb.

Saxlanılan şəxslər tərəfindən törədilmiş cinyət 8 ildən 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrum etməni nəzərdə tutur.

Xüsusən böyük miqdarda narkotik maddənin qanunsuz əldə edilməsi-saxlanılmsı, istifadəyə verilməsi və Gürcüstana qanunsuz daxil edilməsi faktları ilə bağlı istintaq davam edir. Törədilmiş cinayət Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsinin 1-ci, 4-cü və 6-cı, 262-ci maddəsinin 3-cü və 4-cü hissəsinin "a" bəndi ilə nəzərdə tutulub.

DİN ölkədə narkotikin qanunsuz dövriyyəsinə və yayılmasına qarşı fəal mübarizəni davam etdirir.


2019-cu ilin bir yanvarından bu günə qədər DİN-in əməkdaşları tərəfindən aparılan operativ əməliyyat nəticəsində aşkarlanıb: 11 kq-a qədər heroin, 1 kq 300 qr kokain, 800 həb suboteks və suboksin, 1300 həbdən artıq ekstaz, 4 kq 500 qr yeni psixotrop maddələr və 150 qr psixotrop preparatlar. Cari ildə hüquq mühafizəçiləri narkotik maddələrə görə 318 nəfəri cinayət məsuliyyətinə cəlb ediblər.

Mənbə: police.ge

FaceBook Twitter Google
მსგავსი სიახლეები
Daxili İşlər Nazirliyinin Tbilisi Polis
Departamentinin Qldani-Nadzaladevi bölməsinin əməkdaşları Qldanidə
“Ori Nabici” mağazasının qarət edilməsi və mağazanın yanıdırlması
faktı ilə bağlı bir nəfəri – 1993-cü ildə anadan olmuş M.M.-ni
saxlayıb.
Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Qldani-Nadzaladevi bölməsinin əməkdaşları Qldanidə “Ori Nabici” mağazasının qarət edilməsi və mağazanın yanıdırlması faktı ilə bağlı bir nəfəri – 1993-cü ildə anadan olmuş M.M.-ni saxlayıb.
Qədim Tbilisidə, Qavlaşvili küçəsində, yaşayış
evinin eyvanı və damı çöküb.
Qədim Tbilisidə, Qavlaşvili küçəsində, yaşayış evinin eyvanı və damı çöküb.
DİN
övladının qətlində ittiham olunan, yetkinlik yaşına çatmamış anayla
cinsi əlaqə ilə bağlı istintaqa başlayıb.
DİN övladının qətlində ittiham olunan, yetkinlik yaşına çatmamış anayla cinsi əlaqə ilə bağlı istintaqa başlayıb.
Beynəlxalq hüquq müdafiə təşkilatı Amnesty
İnternational UEFA-nı (Avropa Futbol Assosiasiyasiyaları
Birliyi)
Beynəlxalq hüquq müdafiə təşkilatı Amnesty İnternational UEFA-nı (Avropa Futbol Assosiasiyasiyaları Birliyi)
Gürcüstan prezidenti Salome Zurabişvili hesab
edir ki, ölkənin birinci şəxsləri prezident təqaüdündən istifadə
etməlidirlər,
Gürcüstan prezidenti Salome Zurabişvili hesab edir ki, ölkənin birinci şəxsləri prezident təqaüdündən istifadə etməlidirlər,
DTX-nin Rüşvətxorluqla Mübarizə Agentliyi və
Tbilisi Şəhər Meriyasının Daxili Audit və Monitorinq Xidmətinin
əməkdaşları birgə aparılan operativ əməliyyat tədbirləri
nəticəsində
DTX-nin Rüşvətxorluqla Mübarizə Agentliyi və Tbilisi Şəhər Meriyasının Daxili Audit və Monitorinq Xidmətinin əməkdaşları birgə aparılan operativ əməliyyat tədbirləri nəticəsində
Xarici İşlər Naziri Davit Zalkaliani bildirib
ki, Davit Qarecin monastırlarından birində Azərbaycan tərəfindən
başlanılan işlərlə bağlı indi yayımlanan məlumatı
yoxlayırlar.
Xarici İşlər Naziri Davit Zalkaliani bildirib ki, Davit Qarecin monastırlarından birində Azərbaycan tərəfindən başlanılan işlərlə bağlı indi yayımlanan məlumatı yoxlayırlar.
Gürcüstanın keçmiş prezidenti Mixeil
Saakaşvili və onun vəkili Ruslan Çernolutski Ukrayna prezidenti
Vladimir Zelenskinin administrasiyasından
Saakaşviliyə
Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili və onun vəkili Ruslan Çernolutski Ukrayna prezidenti Vladimir Zelenskinin administrasiyasından Saakaşviliyə