İmereti polisi külli miqdarda silah müsadirə edib
İmereti polisi külli miqdarda qeyri-qanuni silah-sursat müsadirə edib. Hadisə ilə bağlı bir nəfər saxlanılıb.

“Daxili İşlər Nazirliyinin Raça- Leçxumi və Kvemo Svaneti Polis Departamentinin Tsaqeri Rayon Polis İdarəsinin əməkdaşları hakimin qərarı əsasında həyata keçirdikləri operativ-istintaq əməliyyatı nəticəsində 1968-ci ildə anadan olmuş Q.S.-ni qeyri-qanuni şəkildə odlu silah, döyüş sursatları və partlayıcı qurğu əldə etmə-saxlama ittihamı ilə saxlayıblar. Törədilmiş cinayət üçün 3 ildən 6 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Polis saxlanılan şəxsin evinin axtarışı zamanı maddi sübut kimi külli miqdarda silah və döyüş sursatı – AKS markalı avtomat, 16 daraq, müxtəlif kalibrli 939 güllə, 7 partladıcı kapsul, 9 partlayıcı naqilləri, 2 bağlama “amonal” və 6 bağlama “trotil” müsadirə edib.

Odlu silahın, döyüş sursatının və partlayıcı qurğuların qeyri-qanuni şəkildə əldə olunması faktı ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 236-cı maddəsinin 3-cü hissəsi ilə istintaq aparılır”.
– Daxili İşlər Nazirliyinin bəyanatında qeyd edilib.

Mənbə: police.ge

Print ელ. ფოსტა
FaceBook Twitter Google