19
Mart 2019-cu il. Çətin məsələlərin həllinə başlayın
Qoç - adi gündür. Rahat, sakit şəraitdə çalışa bilərsiniz.
Ünsiyyətdə heç bir gərginlik olmayacaq. Situasiyaya kəskin müdaxilə
etməyin. Fəaliyyət planlarınız barədə yaxın ətrafınızdakı insanlara
geniş, müfəssəl məlumat verməyə heç bir ehtiyac yoxdur.
Buğa - kollektiv tədbirlərdə xeyir var. Yaxın ətrafınızdakı
insanlardan birinin yardıma ehtiyacı var. Ona dərhal kömək edin.
Qayğıkeş, şəfqətli olun.
Tələsmədən çalışın, vurnuxmaya qapılmayın. Situasiya bəzi
məsələlərə fərqli baxış tələb edir. Prioritetləri dürüst
müəyyənləşdirin.
Əkizlər - aldığınız məlumatlardan istifadə edərək fəaliyyətinizi
intensivləşdirin. Yarımçıq işləri başa vurun. Dövr aktivlik tələb
edir.
Təxirə saldığınız işlərin yaxşı perspektivləri var. Sizə yardım
etmək istəyən insanın təklifindən imtina etməyin. Ev işlərində və
ailə məsələlərində ciddi yeniliklərə, köklü dəyişikliklərə başlamaq
məsləhət deyil.
Xərçəng - günün ilk yarısından etibarən rutin işlərlə məşğul olun.
Cari məsələlərin həllini təxirə salmayın. Yaxın ətrafınızdakı
insanlar sizi tələsdirməyə başlayacaq, yeni tapşırıqlar vermək
istəyəcəklər. Mövcud fəaliyyət sahənizdəki təfərrüatları nəzərə
alın.
Şir - tərəfdaşlara inanmaq olar. Onların təşəbbüsü işlərinizə fayda
verəcək. Üstəlik, daha çox zəhmət çəkməli olmayacaqsınız.
Kommersiya təklifləri, birgə fəaliyyət, kollektiv sifarişlərlə
bağlı məsələlərə maksimum diqqət ayırın.
Qız - yeni
təmayüllərə uyğunlaşıb şərtlərdən faydalana bilməsəniz, geriləmə
labüddür. Ötənlərdəki mühüm hadisələrdən birinin əks-sədası,
afterşoku yaşanacaq,
Köhnə əlaqələri bərpa edin, yeniliklərə can
atmayın. Önəmli saydığınız insandan məlumat alacaqsınız.
Tərəzi - qüvvənizə qənaət edin. Yaşananları tələsmədən təhlil edin.
Hadisələri dəyərləndirin. Təkrarçılıq, dönüşlər və mərhələlər tələb
edən işlərlə məşğul olmayın.
Sürətlə irəliləmək üçün zəruri vasitələri seçin. Ehtiyac yaranarsa,
ənənəvi metodları yeniləmək gərəkdir. Məlumat, informasiya,
təhsillə bağlı yeni layihəyə başlamayın. Mövcud işləri tamamlamağa
çalışın.
Əqrəb - ifrat mühafizəkarlıq etməyin, yeni ideyaların arasında
sərfəli olanı seçin və reallaşdırmağa başlayın. Təmaslarınızdakı
mənasız nüanslardan qurtulun. Yaxınlarınızla münsibətlərdə
soyuqqanlı olun. Səbrli və təmkinli davranın.
Oxatan - xoş xatirələrinizlə bağlı yerlərə yenidən yollanmaq olar.
Çoxsaylı ideyalar və təkliflərə aldanmayın. Aldığınız məlumatı
təhlil edin. Perspektivləriniz üçün faydalı istiqamətləri
seçin.
Oğlaq - şərik və tərəfdaşların yaxşı ideyaları var. Onlardan
faydalı məlumatlar alacaqsınız. İdeyalarınıza ehtiyac var.
Məlumatları təhlil edin, yoxlayın. Rutin, yeknəsək işlərlə məşğul
olmaq mümkündür. Sizi sakitləşdirən məqamları qulaqardına
vurmayın.
Dolça - günün ilk yarısından başlayaraq maraqlarınızın təminatına
çalışın. Emosional davranmayın, hisslərinizə hakim olun.
Romantikaya qapılmayın.
Ailə üzvlərinizdən və ya qohumlarınızdan birinin qayğıya ehtiyacı
var.
Balıqlar - fəaliyyət prosesi üçün gərəkli informasiyanı arayın.
Məsləhətləşmə, müzakirələr, yazışma, toplantı, işgüzar
tərəfdaşlarla təmaslar üçün yaxşı gündür. Xəbərlərin bəziləri sizdə
nigaranlıq və pərişanlıq hissləri yarada
bilər.