Bakalavr pilləsinin 3 illik, maqistratura pilləsinin 1 ilə endirilməsi müəyyən edilib, ancaq bu il qüvvəyə minməyəcək
Təhsil, Elm,
Mədəniyyət ə İdmn nazirinin müavini İrina Abuladze deyib ki,
bakalavr pilləsini 3 ilə, maqistratura pilləsini isə
1
ilə
qədər azaldacaq qısa silsilə proqramlar qanun əsasında artıq
təsdiqlənib. Ancaq onun qüvvəyə minməsi bu il olmayacaq.
Qeyd olunan dəyişiklik haqqında hələ 2018-ci ildə danışıqlara
başlanılıb.
“Qanun əsasında bu artıq müəyyən edilib, ancaq qısa
silsilə proqramların həyata keçirilməsi həmçinin, peşəkarlıq
əsasında iki illik peşə təhsili istiqamətində qüvvəyə minməsi üçün
xarici ekspertlərlə, keyfiyyətin inkişafı mərkəzi ilə danışıqlar
gedir. Xatırladaq ki, Gürcüstanın təhsil keyfiyyəti istiqməti
beynəlxalq qiymətləndirmədən keçir. Nəticələri gözləyirik və
müvafiq olaraq bundan sonra təhsil sistemimizə daxil edəcəyimiz
dəyişikliklərlə bağlı proseslər planlaşdırılacaq. Bu il qüvvəyə
minməyəcək və indiki mərhələdə konkret aid olmayacağı fakültələri
də bilmirik” – İrina Abuladze bildirib.
Onun qeyd etdiyinə görə, tezliklə yeni milli kvalifikasiya
çərçivəsi qüvvəyə minir və onun təsdiqlənməsindən sonra
ekspertlərlə razılıqla tövsiyyələr işləniləcək ki, hansı fakültələr
qısa silsilə proqramları ilə kvalifikasiya qazanmağa tabe
olcaq.