DİN Pekin prospektində mikromaliyyə təşkilatına hücum faktı ilə bağlı ata və övladını saxlayıb
Daxili İşlər Nazirliyi Pekin prospektində yerləşən mikromaliyyə təşkilatlarından birinə hücum olunması faktı ilə bağlı iki nəfər saxlanılıb, onlar keçmişdə də müxtəlif cinayətlərə görə məhkum olmuş ata-oğuldurlar. Bu barədə “Interpresnews”a DİN-dən məlumat veriblər.

“Daxili İşlər Nazirliyinin Tbilis Polis Departamentinin Vake-Saburtalo Polis İdarəsinin əməkdaşları həyata keçirdikləri əməliyyat -axtarış və istintaq tədbirləri nəticəsində qrup şəklində törədilmiş qarət və odlu silahın qeyri-qanuni şəkildə əldə edilməsi-daşınması ittihamı ilə keçmişdə də müxtəlif cinayətlərə görə məhkum olmuş ata-oğulu – 1965-ci ildə anadan olmuş Q.Ş. və 1989-cu ildə anadan olmuş E.Ş.-ni saxlayıb.

Törədilmiş cinayətə görə 6 ildən 9 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

İstintaq nəticəsində müəyyən olmuşdur ki, müttəhimlər Pekin prospektində yerləşən mikromaliyyə təşkilatlarından birinə hücum edib, ancaq oradan pul aparmağa nail ola bilməyiblər və hüquq mühafizəçiləri gələnədək ərazidən qaçıb gizləniblər. Həmçinin müəyyən olunmuşdur ki, müttəhimlərdən biri hadisə yerində odlu silahdan bir dəfə atəş açıb. Atəş nəticəsində xəsarət alan olmayıb.

Polis Q.Ş. və E.Ş.-ni cinayət törədildikdən bir neçə saat sonra Tbilisidə saxlayıb.

Qrup şəklində törədilmiş qarət və odlu silahın qeyri-qanuni şəkildə əldə edilməsi-daşınması faktı ilə bağlı Cinayət məcəlləsinin 179-cu maddəsinin 2-c hissəsinin “b” bəndi və 236-cı maddəsinin 3-cü və 4-cü hissələri ilə istintaq davam edir”, – DİN-in bəyanatında deyilir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google