Kutaisidə qatar məktəb şagirdlərini vurub
Kutaisidə qatar məktəb şagirdlərini vurub.

Hadisə ötən gün baş verib. “Kutaisipost.ge”nin məlumatına görə, bacı-qardaş məktəbdən kəsə yolla qayıdan zaman dəmiryolu xəttini keçmək istəyiblər, bu zaman Tskaltubo-Kutaisi istiqamətində hərəkət edən qatar onları vurub. Uşaqları xəstəxanaya aparıblar.

Baş vermiş hadisə ilə bağlı cinayət işi açılıb və Cinayət Məcəlləsinin 275-ci maddəsinin 1-ci hissəsi ilə istintaq başlayıb. Həmin maddə dəmiryolu nəqliyyatının təhlükəsizliyi və istismarı qaydalarının insan sağlamlığına xəsarətlə nəticələnən pozulmasını nəzərdə tutur.

Mənbə: Kutaisipost.ge
Print ელ. ფოსტა
FaceBook Twitter Google