İndoneziyada sel fəlakətində ölənlərin sayı artıb
İndoneziyanın şərqində yerləşən Papua əyalətində daşqın nəticəsində həlak olanların sayı 89-a çıxıb.

Milli Fəlakət İdarəsi agentliyinin sözcüsü Sutopo Purvo Nuqroho əyalətin paytaxtı Jayapurada şənbə günü təsirli olan güclü yağışların səbəb olduğu daşqın nəticəsində həyatını itirənlərin sayının 89-a çatdığını bildirib.

Yaralı sayının 159 olduğunu qeyd edən sözcü fəlakət bölgəsində 74 nəfərin isə hələ də itkin olduğunu deyib.

Jayapuradakı daşqın fəlakətinin ən çox təsir etdiyi Sentani bölgəsində 82 nəfərin öldüyünü ifadə edən Nuqroho Ampera bölgəsində də 7 nəfərin daşqına görə baş verən torpaq sürüşməsi səbəbindən həyatını itirdiyini bildirib.

Nuqhoro həmçinin bölgədə min 613 nəfərdən ibarət personal ilə fəlakətzədələrə yardım, təcili vəziyyətə müdaxilə və itkinlərin xilas edilməsi fəaliyyətlərinin də davam etdiyini deyib.

Qeyd edək ki, musson yağışlarının təsirində olan, tropik iqlimin hökm sürdüyü İndoneziyada il ərzində güclü yağışlara görə tez-tez daşqınlar və torpaq sürüşmələri baş vərir.

Mənbə: trt.net.tr

Print ელ. ფოსტა
FaceBook Twitter Google