Bu gün, 20 mart tarixində “Marneuli Mülki
Məşğulluq Mərkəzlər Şəbəkəsinin” Marneuli ofisinin təşkilatçılığı
ilə “Gender bərabərliyi siyasətinin həyata keçirilməsi üçün dövlət
xidmətləri” mövzusunda görüş keçirildi.
Görüşdə gender bərabərliyinə dəstək və insan hüquqlarının müdafiəsi
baxımından Marneulidə fəaliyyət göstərən müəssisələrin
fəaliyyətindən söhbət açıblar. Bizimlə söhbəti zamanı Mülki
Məşğulluq Mərkəzinin Marneuli ofisinin nümayəndəsi Mariam
Samxaradze görüşün əhəmiyyətindən danışdı.
“Mart qadınların tarixi ayıdır. Məhz bu ayın
çərçivədində Mülki Məşğulluq Mərkəzi Şəbəkəsi rəngarəng tədbirlər
həyata keçirir. Düşünürəm ki, belə tədbirlər əhalinin bu müəssisəyə
müraciət etməsi və onların xidmətindən istifadə etməsi
üçündür” – Mariam Samxaradze deyir.
Görüşdə Xalq Müdafiəçisinin Kvemo Kartlidə gender üzrə regional
nümayəndəsi, zorakılıq qurbanlarının böhran mərkəzinin, hüquqi
yardım xidmətinin Marneuli məsləhət mərkəzinin və bələdiyyə
məclisinin gender bərabərliyi şurasının nümayəndələri iştirak
edirdilər. Xalq Müdafiəçisinin Kveo Kartlidə gender üzrə regional
nümayəndəsi Mariam Qvidiani görüşün əhəmiyyətini
qiymətləndirdi.
“Düşünürəm ki, çox vacib görüş baş tutdu və görüşdə
müxtəlif müəssisələrin nümayəndələrinə imkan yaradıldı ki,
fəliyyətimiz haqqında danışaq. Qadına qarşı zorakılıq və ailədə
zorakılıq məsələləri, gender bərabərliyi kimi məsələləri qeyd edək
və iştirakçılara dövlətdə olan xidmətlər haqqında məlumat verək ki,
hansı müəssisəyə müraciət etməlidirlər və müxtəlif xidmətlər əldə
etmək üçün hansı sersvislər var” – Mariam Qvidiani
deyir.
Müzakirədə eləcə də QHT nümayəndələri, kənddə yaşayan qadınlar,
gənclər və başqa maraqlanan şəxslər iştirak edirdilər.