Marneuli bələdiyyəsində bu gün, 21 martda Novruz
bayramı qeyd olundu.
Novruza həsr edilmiş tədbirlər saat 11:00-da başladı. Gələn
qonaqların müxtəlif sərgiləri və guşələri nəzərdən keçirmək imkanı
var idi.
Rustaveli küçəsində azərbaycanlılara aid etnik guşə (ənənəvi
yeməklər, şirniyyat, çay) təqdim olunmuşdu.
Xəngəl, Plov, Dovğa.
Gürcü etnik guşəsində (ənənəvi yeməklər, şirniyyat, şərab).
Həmçinin, foto guşə təqdim olunmuşdu. Yerli rəssamların rəsmlərinin
sərgisi, eləcə də Marneuli bələdiyyəsinin “Mədəniyyət evinin”
keramikadan ibarət əl işləri və rəsmlər sərglənmişdi. Əl işləri
üzrə masterklass.
Azərbaycan alətlərinin sərgisi.
Azərbaycan musiqi aləti saz.
Novruzda eləcə də Kvemo Kartli bələdiyyəsinin pavilyonu təqdim
olunmuşdu.
Şulaveridə yerləşən “Studio Hobby Hause”nin benefisiarları
tərəfindən işlənilən əşyaların sərgisi, əldə hazırlanan zərgərlik
əşyalarının sərgisi, yerli istehsal olan məhsulların sərgisi təşkil
edilmişdi. Eləcə də Novruzun üç vacib qəhrəmanı kosa, keçəl və Dədə
Qorqud təqdim edilmişdi. (Dədə Qorqudu müdrik olaraq yad edirlər.
Kosa daim qonaqların əhavlını yüksəldir).
Novruz bayramını təbrik etmək üçün Marneuliyə Gürcüstanın baş
naziri Mamuka Baxtadze gəldi. O, Gürcüstanın rəngarəngliyindən və
çox əsrliliyindən danışıb.
Kvemo Kartlidə dövlət müvəkkili Şota Rexviaşvili Marneuli
sakinlərinin Novruz bayramını təbrik etdi. O, dövlət dilinin tədris
baxımından olan problemləri qeyd etdi. Bildirdi ki, Gürücstan
tarixi olaraq həmişə azadlıq, azad mühitd sülh içində yaşamaq üzrə
tarixi nümunə olub.
Tədbirdə yerli və mərkəzi hakimiyyət nümayəndələri eləcə də
diplomatik korpus üzvləri iştirak edirdilər.
“Novruz” – fars sözüdür. Onun bir
hissəsi nov – yeni, ikinci hissəsi – ruz gün deməkdir. Novruz yazın
gəlişini, bəzi ölkələrdə isə yeni il bayramıdır. Bayram süfrəsinə
xüsusi diqqət yetirilir və bu gün üçün üç şirniyyat şəkərbura,
qoğal və paxlava hazırlanır. Eləcə də qırmızı yumurta boyanır.