Tbilisidə 1 tonadək istifadə müddəti keçmiş və mənşəyi naməlum ət müsadirə olunub
Tbilisidə 1 tonadək istifadə müddəti keçmiş və mənşəyi naməlum ət müsadirə olunub. Məhsul möhürlənib, sonra isə məhv edilib. Bu barədə məlumatı Milli Ərzaq Agentliyi yayır. Agentlik ət satışı ilə məşğul olan obyektlərin yoxlanmasını davam etdirir.

“Tbilisi şəhər xidmətinin müfəttişləri ətin topdan satışı ilə məşğul olan obyektlərdə qayda pozuntusu aşkarlayıblar. “Dadus” MMC və “İna” MMC-də ciddi uyğunsuzluqlar qeydə alınıb, “Nikora” MMC-dən (bu MMC-nin “Nikora” mağazalar şəbəkəsi ilə heç bir əlaqəsi yoxdur) 240 kq-dan artıq istifadə müddəti keçmiş ət müsadirə olunub, “Miro” MMC-də isə mənşəyi naməlum olan, sağlamlığını təsdiqləyən nişanı olmayan aşkarlanıb.

Qeyd olunan biznesoperatorlar qanunvericiliyə müvafiq olaraq cərimə olunublar, 1 tonadək ət isə möhürlənib və Milli Ərzaq Agentliyinin müfəttişlərinin nəzarəti altında məhv edilib.

Aqladze küçəsində yerləşən ətin topdan satışı ilə məşğul olan obyektlərdə – “GMN ət məhsulları” MMC və “Yeni Ət” MMC-də pozuntular aşkarlanmayıb”, – Milli Ərzaq Agentliyi tərəfindən yayımlanmış məlumatda deyilir.

Mənbə: BPN
Print ელ. ფოსტა
FaceBook Twitter Google