Kostava küçəsində mehmanxanada yanğın baş verib
13:13 / 22.03.2019
Tbilisidə, Kostava küçəsində yerləşən
mehmanxanalardan birində yanğın baş verib.
Bu
barədə “interpressnews”a Fövqəladə Halların İdarəolunması
Xidmətindən məlumat veriblər.
Fövqəladə Halların İdarəolunması Xidmətinin məlumatına görə, yanğın
mehmanxananın damında baş verib.
Hadisə yerinə 8 yanğınsöndürən qrupu səfərbər olunub.