İraqda bərənin batması nəticəsində onlarla nəfər dünyasını dəyişib
14:03 / 22.03.2019
İraqda, Mosul şəhəri yaxınlığında, Dəclə
çayında bərənin batması nəticəsində 70-dən çox insan dünyasını
dəyişib.
Hadisə ötən gün, 21 mart tarixində baş
verib.
BBC-nin Mosul Müdafiə Agentliyinə istinadən verdiyi məlumata görə,
bərədə 10 nəfər olub. Xilasedicilər 12 nəfəri xilas etməyə nail
olub, axtarışlar davam edir.
Kürdlərin yeni ili qeyd etdiyi bərənin turizm adalarından birinə
getdiyi güman olunur.
İraqın baş naziri Adel Abdel Mahdi baş vermiş hadisə ilə bağlı
istintaqın başlanılması üçün sərəncam verib.