Sürücülük vəsiqəsinin praktiki imtahanını küçələrdə keçirmək üçün 2017-2018-ci illərdə 7 mln-dan çox pul xərclənib
Sürücülük
vəsiqəsinin praktiki imtahanını küçələrdə keçirmək üçün
2017-2018-ci illərdə 7 mln-dan çox pul
xərclənib.
Ancaq layihə hələ də həyata keçirilməyib. Bu
haqda məlumat Audit Xidmətinin hesabatında yazılıb.
Konkret olaraq, xidmət Servis Agentliyi tərəfindən 2017-ci ildə
həyata keçiriləcək dövlət alqı-satqı müvafiqliyi üzrə audit
aparılıb və nəticədə aşkarlanıb ki, layihəllərin ardıcıl olmadan
həyata keçirilməsi nəticəsində müəyyən hallarda agentliyin
vəsaitləri effektsiz sərf olunub.
Həmçinin, Gürcüstan və Avropa İttifaqı arasında Assosiasiya
sazişinə əsasən nəqliyyat vasitəsinin idarəsi hüququnun praktiki
imtahanı real yol hərəkəti şəraitində keçirilməli idi. Bu öhdəlik
2018-ci ilin 1 sentyabrına qədər yerinə yetirilməli idi.
Layihənin həyata keçirilməsi üçün agentlik avtomobillər, miro
avtobuslar, motosikllər alıb və onları kameralarla təchiz ediblər,
eləcə də meydan da qurulub, imtahanı həyata keçirəcək heyət
hazırlanıb. 2017-2018-ci illərdə layihənin həyata keçirilməsi üçün
7 mln laridən çox pul xərclənib.
Müvafiq olaraq Agentlik Assosiasiya sazişini həyata keçirmək
məqsədi ilə öz öhdəliyini yerinə yetirib. Ancaq, qeyd olunan
istiqamətdə qanunvericilik bazasının hazırlanmamasından və
bələdiyyələrin infrastruktur layihələrini bitirməməsinə görə
Assosiasiya sazişi ilə nəzərdə tutulmuş məqsədə nail olmadılar –
imtahanın real yol hərəkət şəraitində verilməsi baş vermədi.
Cari dövrdə (2018-ci ilin dekabrına olan vəziyyətə görə” agentlik
tərəfindən alınan yuxarıda qeyd olunan mülk istifadə olunmazdır.
İmtahan avtomobillərinin 2 illik zəmanət müddədindən 1 ili başa
çatdı, ancaq qeyd etmək lazımdır ki, agentlik şirkətlə razılıqla
əlavə 1 il müddəti davam etdirib. İmtahan sisteminin isə zəmanət
müddəti başa çatıb, müvafiq olaraq texniki səhv zamanı agentlik
tərəfindən əlavə məbləğin ödənilməsi riski var idi. Ancaq agentlik
və şirkət arasında imtahan sisteminə zəmanət müddətinin 1 il
uzadılması ilə bağlı razılaşma bağlanıb” - hesabatda qeyd
olunur.