Ulduz falımız gündəlik həyatımızda olduğu kimi
sevgi münasibətimizə də öz təsirini göstərməkdədir.
Bəs bu təsirlər nədən ibarətdir?
"Marneuli" radiosu sizə
Ulduzların sevgi həyatında təsir etdiyi əsas məqamları təqdim
edir:
Qoç
Qoçlar komplimentləri, həyat eşqi olan insanları sevirlər.
Fəaldırlar. Qoçun aktiv həyat tərzini nəzərə alaraq onunla birlikdə
olmaq üçün hər şeyə hazır olmaq lazımdır. Fərqliliklər qoçların
diqqətini tez çəkir. Qoçlar bəzən çox qısqanc olurlar. Onlar qarşı
tərəfin vaxtının böyük hissəsini onlar üçün ayrılmasını tələb
edirlər. Qoç birlikdə olduğu insana rəhbərlik etməkdən, ona
məsləhət verməkdən, yön göstərməkdən məmnun olur. Ürəyi açıq
olduqları üçün fikirlərini, duyğularını rahatlıqla həyat yoldaşları
ilə bölüşə bilirlər. Qoç ilə münasibətləri bitirmək üçün ən yaxşı
yol ona əmr verməyə, başçılıq etməyə çalışmaqdır. Azadlığı sevən
qoçlar əslində çox etibarlı, sadiq və həyacan verməyi bacaran həyat
yoldaşıdır.
Buğa
Buğanın qarşısındakına hisslərini bildirməsi uzun zaman ala bilər.
Onlar olduqca səbirli insanlardırlar. Buğa ilə birikdə olmaq üçün
ilk növbədə səbirli və sakit olmağı öyrənmək lazımdır. Gözəl şam
yeməyi, romantik musiqi, güllər buğanın daha tez təsir altına
düşməsinə kömək edəcək. Buğanın insana sakitlik verən aurası var.
Bu bürcdən olan insanların sadiqliyindən heç bir şübhə olmamalıdır.
Əslində bu bürc altında doğulanlar çox ehtiraslı və həssas olurlar.
Ona dəyər verən insanlarla gözəl anlar yaşaya bilirlər.
Əkizlər
Əkizlərin sevgi həyatları ikili ola bilər. Onlarla münasibətə
başlamamışdan əvvəl bunu nəzərə almaq lazımdır. Onlar gülməyi,
əylənməyi, yenilikləri təcrübə etməyi çox sevirlər. Əkizlər
dürüstlüyə və səmimiyyətə böyük önəm verirlər. Onlar mübahisə etsə
belə fikirlərini azad ifadə edən insanları sevirlər. Əkizlər bəzən
sərt danışdıqları üçün həssas insanlarla o qədər də yaxşı yola
getmirlər. Onlara yaxınlaşmaq üçün qısqandırmaq üsulundan
istifadəni ağlınıza belə gətirməyin.
Xərçəng
Xərçəngdən heç vaxt ilk addımı atmasını gözləmək lazım deyil.
Xasiyyətçə utancaq və passiv olan xərçəng sevgidə də eyni yolu
seçir. Xərçənglər ənənəviliyə bağlı olduğyu üçün ilk görüşdə teatr
və ya romanti yemək onların özlərini daha rahat hiss etməsinə kömək
edəcək. Onlar hər fürsətdə tərif eşitməkdən, dəyərləndirildiklərini
bilməkdən xoşbəxt olurlar. Xərçəng rədd edilməkdən çox qorxur.
Onların ən kiçik məsələlərdə belə yox cavabı eşitməsi dərindən
sarsılmalarına səbəb ola bilər. Onların mükəmməl bir yaddaşı var və
çox qısqancdırlar. Hər hansı səhv onunla olan münasibətin bitməsinə
səbəb ola bilər. Həyat yoldaşının sevgisinə və hörmətinə dəfələrlə
artıq cavab vermək iqtiarındadır.
Şir
Şir kompilementləri və tərifi çox sevir. Onun rəğbətini qazanmağın
ən asan yolu onun müsbət cəhətlərini saymaqdır. Əslində xaricdən
görünən qürurlu bürcün altında romantik və çox həssas bir ruh
gizlənə bilər. Şirin ilk görüşdə güvənini qazanmaq üçün hər şeyin
ən yaxşısı olmalıdır. Çünki şirlər ən yaxşı şeylərə layiq
olduqlarını düşünürlər. Yaradıcı, ağıllı, istənilən mövzuda
debatlar apara bilən insanları onları tez cəlb edir. Şir lierliyi
sevir. Gözəl bir münasibət üçün ideal həyat yoldaşıdır. Əlbətdə
istədiyi şərtlər olarsa.
Qız
Bu bürc altında doğulanlar yaxşı natiqlik qabiliyyəti olan
insanları sevirlər. Onlar ünsiyyət qurmağı, ətrafında ağıllı,
intelektual inanların olmasına böyük önəm verir. Yaxşı müansibətin
başlaması üçün onunla keyfiyyətli və sakit yerdə görüşməyə çalışın.
Onlarla istənilən mövzuda danışmaq olar. Ancaq ilk gündən gizli,
məhrəm mövzulardan danışmaqdan, sirləri paylaşmaqdan, problemləri
ortaya tökülməsindən xoşlamırlar. Qızlar planlı hərəkət etməyi
sevir. Həyatını paylaşmağa hazır olduğu insanı tapdığına əmin
olduqda onu xoşbəxt etmək üçün əlindən gələni edəcəklər. Kənardan o
qədər bilinməsədə qızlar olduqca səmini, istiqanlı və
dürüstdürlər.
Tərəzi
Tərəzilər sevməyi və sevilməyi çox sevirlər. Anadangəlmə romantik
olan tərəzilər sevgi münasibətlərində də olduqca uğurludurlar.
İnsana yaxınlığı, nəzakəti sayəsində onunla birlikdə zamanın necə
keçdiyinin fərqində belə olmaq mümkün deyil. Onların ğbətini
qazanmağın ən asan yolu komplimentdən keçir. Əgər o bu təriflərin
səmimiliyinə inanarsa ilk addımın uğurlu atıldığını demək olar.
Zövqü yaxşı olan tərəzilər hər şeyin ən yaxşısından xoşlanır və
həyat yoldaşlarınında belə olmasına diqqət edir. Asan idarə edilən
tərəzilər hamı tərəfindən çox sevilir. Söz verməyi xoşlamasalar da,
verdikləri sözü mütləq yerinə yetirilər.
Əqrəb
Əqrəb sevgiyə hamıdan çox dəyər verir. Onlar bu münasibətlərdə
ziyan görməkdən çox qorxurlar. Bunun üçündə daha ehtiyatlı olmağa
çalışırlar. Əgər əqrəblə bir münasibət başlayıbsa o həyat yoldaşı,
ailəsi üçün əlindən gələni edəcək. Əqrəb onu dinləyən başa düşən
insanın axtarışındadır. Onun qarşısındakı hörmətsizlik edərsə, ona
yaxşı davranmazsa asanlıqla hücuma keçə bilər. Əqrəb həyatını
birləşdirəcəyi insane qarşı çox qısqancdır.
Oxatan
Oxatan həyata əyləncə kimi baxır. Xəyal qurmağı, yeni münasibətləri
çox sevir, ən önəmli xüsusiyyətlərindən biri zarafatçıl olmasıdır.
Oxatan sevgiyə də bir məcara kimi baxır. Bu bürc altında doğulan
insanlar çox şeylə maraqlandığı üçün qarşısındakı insanın
intelektual olmasına önəm verir. Adətən qarşısının nə düşündüyünə
önəm vermədən öz fikirlərini bildirməyə çalışır. Qısqanc, gəzməyi
sevməyən, evdə oturmaqdan xoşlanan insanla oxatanın birlikdə olması
mümkün deyil. Oxatanla darıxmaq olmaz.
Oğlaq
Bu bürcün altında doğulanlar çox biruzə verməsələrdə lüksu
sevirlər. Onlar pulun gözəl həyatın ən başlıca amili olduğuna
inanan insanlardır. Oğlaqın sevgisini qazanamaq o qədərdə asan
deyil. Ancaq münasibətlərini həddindən çox ciddi qəbul edir.
Birlikdə olduğu insanın qürurunu qırmamaq üçün, onu sevindirmək,
xoşbəxt etmək üçün əlindən gələni etməyə çalışır. Onlar çox
ehtiraslı və sevgi dolu həyat yoldaşı olurlar.
Dolça
Bəzən soyuq, özündən razı kimi görünsədə əslində insanlara qiymət
verən, onları düşünən olurlar. Humanitar xasiyyətə malik olan
dolçaların diqqətini intelektual insanlar cəlb edirlər. Açıq
fikirli olan dolça tənqidə açıqdır və ona hörmətlə yanaşır. Onlar
heç vaxt həddindən çox qısqanclığa və həssaslığa yol vermirlər.
Dolçanın bir insana güvənməsi ən önəmli amil vaxtdır. Dayanmadan
səhvlərindən, uğursuzluqlardan danışan partnyor Dolçanı özündən
çıxara, onun özünün bədbin hiss etməsinə yol aça bilər. Qarşı tərəf
sədaqətini qoruduğu müddətdə oda sədaqətli qalacaq. Dolça da Tərəzi
kimi söz verməyi sevmir. Ancaq verdiyi sözü mütləq yerinə yetirir.
Dolçaların bəzən artan tələbkarlığı münasibətlərdə soyuqluğa səbəb
ola bilər.
Balıqlar
İlk görüşdə Balıq insanı nəzakəti, diqqəti ilə özünə heyran edə
bilər. Ancaq real həyatda onlar demək olar ki, reallıqdan uzaq,
xəyal aləmində yaşayırlar. Asanlaıqla aşiq olmağa və sevməyə
meyillidirlər. Balıqlar doğru insanı tapana kimi çox münasibət
yaşaya bilər.Onlar üçün özünü etibarlı şəxsin yanında hiss etmək
vacibdir. Əgər balığa sevgi, nəzakət ilə yaxınlaşıla bunun
müqabilində də inanılmaz hörmət, sevgi, sədaqət görmək mümkündür.
Balıq sevgisi üçün hər şeyi etməyə hazır olan insandır. Əgər
sevirsə bütün enerjisini, gücünü, vaxtını qarşı tərəfə sərf edə
biər. Sevdiyi insanın hər bir istəyini, qərarını oda asanlıqla
qəbul edə bilər.