Polis Batumidə turistlərdən qrup şəklində pul qəsb etmə ittihamı ilə 5 nəfəri saxlayıb
DİN-in Acara Polis Departamentinin Batumi Şəhər İdarəsinin əməkdaşları intensiv əməliyyat istintaq tədbirləri nəticəsində, hakimin hökmü əsasında qrup şəklində törədilmiş qəsb etmə ittihamı ilə 1989-cu il təvəllüdlü D.D. və 1990-cı il təvəllüdlü O.S., eləcə də keçmişdə müxtəlif cinayətlərdə mühakimə edilmiş 3 şəxs: 1984-cü il təvəllüdlü R.B., 1988-ci il təvəllüdlü Z.O. və 1994-cü il təvəllüdlü İ.Q.-nı saxlayıb.

İPN-ə DİN-dən verilən məlumata görə istintaqla müəyyən edilib ki, saxlanılanlar müxtəlif vaxtlarda Batumidə yerləşən iki klubda, öldürmək və sağlamlığa zərər yetirmək hədəsi ilə xarici ölkə vətəndaşlarından davamlı olaraq olmayan menyunun pulunu tələb edirlərmiş və müvafiq olaraq böyük məbləğ mənimsəyirlərmiş. Müttəhimlər cəmi 8 nəfər turistdən 2100 avro, 5123 lari və 10 800 türk lirəsi qəsb ediblər.

İstintaq qrup şəklində törədilmiş faktla bağlı Gürcüstan CM-nin 181-ci maddəsinin 2-ci hissəsinin "a" altbəndi ilə aparılır.

Cinayət 4-dən 7 ilə qədər müddətə azadlıqdan məhrum edilməni nəzərdə tutur.

Mənbə: İnterPressNews

Print