Marneulidə daha bir dəmiryolu qəzası
16 aprel tarixində Marneuli bələdiyyəsinin Tsereteli kəndi ərazisindəki dəmiryolu keçidində qəza baş verib.

“Marneuli” radiosunun məlumatına görə, saat 22:30 radələrində qatar minik maşınını vurub. Maşın dəmiryolu keçidini keçərkən mühərrik sönüb. Sürücü dərhal maşından düşməyə macal tapıb.

Daxili İşlər Nazirliyindən “Marneuli” radiosuna verilən məlumata görə, qəza nəticəsində xəsarət alan olmayıb.

“İnzibati qayda pozuntusudur və istintaq aparılmır”, – deyə nazirlikdən bildiriblər.

Son bir il yarım ərzində Marneulidə bu artıq beşinci dəmiryolu qəzasıdır. Bu qəzalardan dördü ölümlə nəticələnmişdi, o cümlədən bir uşaq həyatını itirmişdi.

Bu mövzuda:

Bir ildə dörd ölüm hadisəsi – Marneulidə qatar qəzaları
Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები