Sağ sükanlı taksilər 2021-ci ilin 1 yanvarından qadağan olunacaq

Sağ sükanlı taksilər 2021-ci ilin 1 yanvrından qadağan olunacaq. Bu haqda Tbilisinin meri Kaxa Kaladze paytaxtın hökumət iclasında bildirib.

Kaladzenin dediyinə görə taksilərin təşəbbüs qrupu ilə ikinci problemli məsələdə də razılığa gəliblər və sağ sükanlı taksilər “b” kateqoriyasında 2020-ci ilin sonuna qədər qalacaqlar.

“Təşəbbüss qrupu ilə görüşdən sonra biz daha bir qərar qəbul etdik. Onlar tərəfindən ikinci xahiş sağ sükanlı maşınlara aid idi. Onlar bizə izah etdilər ki, onlara verilən bir il müddət yetərli deyil ki, sağ sükanlı avtomobil sürücüləri hazırlansın və xahiş etdilər ki, “b” kateqoriyada sağ sükanlı taksilərə izin verilsin. Biz buna da razılaşdıq. 2021-ci ilin 1 yanvarından artıq avtomatik olaraq sağ sükanl avtomobillərin “b” kateqoriyasında qadağan olunması qüvvəyə minəcək. Onların bir il yarım vaxtı var ki, avtomovilləri əvəz etsinlər. Bizim tərəfimizdən bu addım atılıb, çünki bu adamları yaxşı başa düşürük və ümumiyyətlə mövcud vəziyyəti anlayırıq və imkan yaradırıq ki, avtomobillərin dəyişdirilməsini yerinə yetirsnlər və 2021-ci ildən artıq sağ sükanlı avtomobillərlər işlərinə davam etsinlər” – Kaxa Kaladze bildirib.

Tbilisi merinin sözlərinə görə təşəbbüs qrupu ilə görüşlər gələcəkdə də davam edəcək çünki paytaxt hökuməti nəqliyyat siyasəti reforması çərçivəsində daha çox yeniliklər etməyi planlaşdırır.

“Təşəbbüs qrupu ilə əlbəttə görüşlər davam edəcək. Çünki bu reforma bu gün bitmir. Biz istəyirik ki, mərhələləi olaraq cəmiyyətə, taksi sürücülərinə çox yeniliklər təklif edək və bunları onlarla ünsiyyət nəticəsində edək.

Heç bir hökumət nəqliyyat reforması baxımından bu addımı atmayıb yaxud ata bilməz. İctimai nəqliyyat tamamilə dəyişir, metro vaqonları yenilənir, metro stansiyaları qaydaya salınır və ümumi marşrutlar yerbəyer edilir. Bununla bağlı çox ciddi kampaniya aparmalı olacağıq ki, əhalinin, cəmiyyətin tam məlumatı olsun məsələn, mikroavtobusların metro ilə əlaqəsi necə olacaq, avtobus və metronun əlaqələndirilməsi necə olacaq və ya əksinə. Bu məsələ ilə bağlı geniş kampaniya aparmalı olacağıq”
– Kaladze bildirib.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google