Algetidə kənd yığıncağında meriyanın mütəxəssisi yoldan keçənlərdən imza toplayırmış
Marneuli bələdiyyəsinin Algeti kəndində “ümumi kənd yığıncağı”nda bayır işıqlandırmasının qurulması və parkın düzəldilməsinə “qərar verilib”. Kəndə getdikdə “Marneuli” radiosunun “jurnalisti” və Xalq Müdafiəçisi aparatının nümayəndəsi, bir də qeydiyyat formasını dolduran Marneuli meriyasının iki qadın nümayəndəsini hesab etməsək, mərkəzdə yalnız kişilərlə qarşılaşdıq. Kəndə gedəndə meriya nümayəndələri etiraf edirdilər ki, qadınlar toplantılarda iştirak etmirlər, ancaq təxminən 15 toplantıda iştirak ediblər.

Biz isə onları ona görə görmədik ki, yerli özünüidarəetmə nümayəndəliyi kənd toplantısını beş dəqiqə əvvəl başlayıb və "Marneuli" radiosu gedənə qədər onlar artıq getmişdilər.



“10 yaxud 15 qadın gəlmişdi, onlardan 6 nəfəri isə müəllimdir, evdən çıxmırlar, siz ki, yaxşı bilirsiniz. İştirak etməlidirlər, yaxşıdır, amma gəlmirlər”, - Marneuli meriyasının əməkdaşı deyir.

Algetidə olduğumuz saat yarım vaxt ərzində isə kənd toplantısına heç bir qadın gəlmədi. Bu vəziyyətdən əlavə toplantıda bu gün Algeti kəndinin mütəxəssisi fərqlənirdi, əhalini özünəməxsus metodlarla toplamağa çalışırdı, oradan keçənləri saxlayırdı və xahiş edirdi ki, imza atsınlar. Bizdə elə təssürat qaldı ki, oraya gedən əhalinin istəkləri və özünüidarə tərəfindən səsləndirilən məlumat bir-birinə uyğun gəlmir.


Demək olar ki, yerlilər 1 nömrəli problem olara suyu qeyd edirlər, ancaq bilmirlər ki, meriya onların kəndin artıq bu problemi həll etməyi planlaşdırır və tender də elan ediblər.



Bu gün, 28 yanvar tarixində Algeti kəndində 203 imza toplandı. Toplantını keçirmək üçün isə 200 imza lazım idi. Algeti əhalisinə 20 000 lari ayrılıb, meriyanın maliyyə dəstəyi də ola bilər.

Əhali ilə görüşlər iki həftə ərzində davam edəcək. Yerli özünüidarəetmə şəxsləri Marneulinin 69 kəndinə gedəcəklər və yerlilərin problemlərini araşdıracaqlar.

Ümumi kənd toplantıları Gürcüstanın regionlarında həyata keçiriləcək layihələr fondundan kəndə dəstək proqramı çərçivəsində maliyyələşdiriləcək layihələrin seçilməsi məqsədi ilə keçirilir. Marneuli bələdiyyəsindən izah edirlər ki, kənd yığıncaqları ötən il olduğu kimi, dəyişməz formada keçirilir.

Bütün Marneuli miqyasında fonddan bir milyon laridən artıq məbləğ ayrılıb və 69 kəndə ayrılacaq. Hər kəndə əhalinin sayına görə, 10 000, 12 000, 16 000 və 20 000 lari ayrıla bilər.

Print