Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi və Azərbaycanın
Dövlət İmtahan Mərkəzi (DİM) arasında növbəti Anlaşma Memorandumu
imzalanıb.
Onlayn formatda keçirilən məsarimdə sənədi NAEC-in direktoru Sofio
Qorqodze və DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə
imzalayıblar.
İki qurum arasında əməkdaşlığın məqsədi Azərbaycan və gürcü dili
üzrə biliklərin qiymətləndirilməsi üçün alətlərin işlənib
hazırlanmasıdır.
NAEC və DİM arasında əməkdaşlığın əsası ötən ilin yazında qoyulub
və müddəti bir il uzadılıb.
Memoranduma əsasən, DİM Gürcüstanın azərbaycandilli məktəblərinin
Azərbaycan dili müəllimlərinin bacarıqları üzrə testlərin
aparılması üçün tapşırıq bankının hazırlanması ilə bağlı NAEC-ə
dəstək olur. Milli Mərkəz öz növbəsində Azərbaycanda fəaliyyət
göstərən gürcüdilli məktəblərdə gürcü dili üzrə keçirilən test
imatahanlarına daxil edilən tapşırıqları nəzərdən keçirir və
dəqiqləşdirmə aparır.
Əməkdaşlığın növbəti mərhələsində iki dövlət idarəsi digər
layihələrin reallaşdırılması və əlaqələrin daha da
dərinləşdirilməsini nəzərdə tuturlar.
Mənbə: report.az