1 mart tarixində Marneulidə, 26 may meydanında yol-nəqliyyat
hadisəsi baş verib. Qəza zamanı iki avtomobil toqquşub.
Toqquşma nəticəsində avtomobildə olan şəxslər yüngül xəsarət
alıblar.
Hadisə yerinə polis və təcili tibbi yardım briqadası cəlb olunub.
Xəsarət alanlara tibb işçiləri tərəfindən ilkin tibbi yardım
göstərilib.
Hadisənin səbəbləri polis əməkdaşları tərəfindən araşdırılır.