Rusiya Türkiyə ilə müntəzəm və çarter reyslərini məhdudlaşdırır.
“Anadolu” xəbər verir ki, bu barədə Rusiya Federasiyası hökuməti
başçının müavini Tatyana Qolikova bildirib.
COVID-19-un yayılması ilə mübarizə çərçivəsində qəbul edilmiş
məhdudlaşdırma tədbiri aprelin 15-dən iyunun 1-dək qüvvədə
olacaq.
"Bu il aprelin 15-dən iyunun 1-dək Rusiyanın beynəlxalq hava
limanlarından Türkiyə Respublikasının hava limanlarına və əks
istiqamətə müntəzəm və çarter uçuşlarının məhdudlaşdırılması barədə
qərar qəbul verdik", - Qolikova deyib.
Onun sözlərinə görə, Akkuyu AES-in “Titan-2” konserninin
tikintisində iştirak edən Rusiya vətəndaşlarının Vətənə qayıtması
üçün uçuşlar istisna təşkil edir.
Bundan başqa, həftədə iki dəfə qarşılıqlı əsasda Moskva-İstanbul və
İstanbul-Moskva reysləri həyata keçiriləcək.
Qolikova həmçinin Tanzaniya ilə uçuşların dayandırıldığını
bildirib.
Baş nazirin müavini qeyd edib ki, epidemiologiya vəziyyəti
sabitləşən kimi hər iki ölkəyə uçuşlar bərpa olunacaq.
Mənbə: report.az