Gürcüstan koronavirusa qarşı
“AstraZeneca”
peyvəndinin
43 min dozadan ibarət növbəti
partiyasını tədarük edib.
Preparat bu vaksinin ilk dozasını vurduranlar üçün nəzərdə
tutulub.
Gürcüstanda artıq
25 mindən çox şəxs
“AstraZeneca”nın ilk dozasını alıb, daha
100 min nəfər isə bu preparatla peyvəndlənmək üçün
qeydiyyatdan keçib. İkinci dozanın vurulmasına mayın 10-dan
başlanılacaq.
Bu ayın ortalarında əlavə
43 min dozanın əldə
olunması nəzərdə tutulub.
Qeyd edək ki,
Gürcüstan “AstraZeneca”nın ilk
partiyasını martın 13-də alıb. Ölkədə bu peyvənd ilə vaksinasiya
martın 15-dən,
“Pfizer” ilə martın 30-dan,
“Sinopharm” ilə isə mayın 4-dən aparılır.
Mənbə: report.az