Gürcüstanda koronavirusa 1 806 yeni yoluxma qeydə alınıb, 20 nəfər həyatını itirib
Gürcüstanda son sutkada daha 1 806 nəfərdə koronavirus aşkarlanıb, 20 pasiyent vəfat edib.

Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da ölkədə COVID-19-a yoluxanların ümumi sayı 317 719-a, ölüm sayı isə 4 227-yə çatıb.

Ötən 24 saat ərzində xəstəlikdən müalicə olunaraq sağalanların sayı 1 144 nəfər artaraq 297 676 olub.


Print ელ. ფოსტა
FaceBook Twitter Google