Gürcüstanda koronavirusa 1 806 yeni yoluxma qeydə alınıb, 20 nəfər həyatını itirib
10:52 / 06.05.2021
Gürcüstanda son sutkada daha 1 806 nəfərdə koronavirus aşkarlanıb,
20 pasiyent vəfat edib.
Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında
bildirilib.
Bununla da ölkədə COVID-19-a yoluxanların ümumi sayı 317 719-a,
ölüm sayı isə 4 227-yə çatıb.
Ötən 24 saat ərzində xəstəlikdən müalicə olunaraq sağalanların sayı
1 144 nəfər artaraq 297 676 olub.