Bu ilin I rübündə Gürcüstandan 9 əcnəbi deportasiya edilib.
Bu barədə ölkənin Daxili İşlər Nazirliyinin hesabatında
bildirilib.
Sənədə əsasən, illik müqayisədə Gürcüstandan çıxarılan xarici ölkə
vətəndaşlarının sayı 16 nəfər azalıb.
Yanvar-martda Gürcüstandan deportasiya edilənlərin 1-i Azərbaycan
vətəndaşı olub. Həmin şəxs 41-65 yaş qrupuna daxil olan
kişidir.
Qeyd edək ki, ötən il Gürcüstandan çıxarılan Azərbaycan
vətəndaşlarının sayı 7 nəfər təşkil edib ki, onların da ikisi I
rübün payına düşüb.
Mənbə: report.az