Meriya müharibədə həlak olanlardan 10-a yaxın ailəyə Pasxa bayramı münasibəti ilə 1343 lari dəyərində sovqatı verib
Marneuli meriyası Gürcüstanın ərazi bütövlüyü uğrunda həlak olanların ailələrinə Pasxa bayramı münasibəti ilə sovqat verib.

Yerli özünüidarə 10-a yaxın ailə üçün hədiyyə səbətini 1 343,80 lariyə hazırlayıb. Ərzaqlar sadələşdirilmiş qaydada “Kral- XXI“ MMC-dən alınıb.

Sovqata un, günəbaxan yağı, düyü, qarabaşaq, lobya, şəkər, yumurta, paska, şərab, şokolad, çay və təbii meyvə şirəsi daxildir.

Qeyd olunan sovqat ailələrə bir neçə gün əvvəl verilib.



Print ელ. ფოსტა
FaceBook Twitter Google