Marneuli meriyasının fiziki imkanı məhdud şəxslərin inteqrasiyası qaydası Xalq Müdafiəçisinin xüsusi hesabatına düşüb
Xalq Müdafiəçisinin özünüidarə orqanlarının bərabərlik prinsiplərinə və sosial və səhiyyə proqramlarına uyğunluğuna dair xüsusi hesabatına Marneuli meriyasının əlillərin cəmiyyətə inteqrasiyanı təşviq etməklə bağlı qaydası da daxil edilib.

Xalq Müdafiəçisinin xüsusi hesabatında qeyd olunub ki, əsas məqsədi fiziki imkanları məhdud şəxslərin ictimaiyyətə inteqrasiyasına dəstək, onların sosial müdafiəsinin təmin olunması və onların mədəni-yaradıcılıq tədbirlərində iştirakı olan bu qayda yalnız Marneuli bələdiyyəsində qeydiyyatdan keçmiş fiziki imkanları məhdud şəxs statusu olanlara aiddir. Bu qaydaya əsasən daimi yaşama icazəsi olan şəxslər xidmətdən yararlana biləcək benefisiarların sırasına daxil ola bilməzlər.

Bu isə Xalq Müdafiəçisinin qiymətləndirməsinə görə, bərabər qruplar arasında fərq qoymaq deməkdir.

“Daimi yaşayış icazəsi olan şəxslər və Gürcüstan vətəndaşlarının dövlət qarşısında eyni vergi öhdəliyi var. Müvafiq olaraq, büdcədən maliyyələşən sosial, yaxud səhiyyə proqramı həmin şəxslər üçün bərabər şəkildə əlçatan olmalıdır. Buradan irəli gələrək sosial və səhiyyə proqramlarından istifadə etmək üçün şəxsiyyət vəsiqəsi, yaxud Gürcüstan vətəndaşlığını təsdiq edən başqa sənədlər tələb etmək əsassızdır. Çünki bu qayda daimi yaşayış icazəsi olan şəxslərin gəlir əldə etməsini istisna edir. Bundan əlavə, vətəndaşlığı olmayan və yaşayış icazəsi olan şəxslərə müəyyən proqramlar təklif etmək, başqa ölkənin vətəndaşı olan və daimi yaşayış icazəsi olan şəxsləri qeyri-bərabər vəziyyətə salır”, – Xalq Müdafiəçisinin xüsusi hesabatında yazılıb.

Xalq Müdafiəçisinin qeyd etdiyinə görə, araşdırma nəticəsində aydın olub ki, yerli özünüidarə proqramlarının bir qismi benefisiarların müəyyən edilməsi zamanı cinsiyyət, fiziki imkanlar, yaş, evlilik statusu və başqa əlamətlərlə ayrı-seçkilik meyarlarından istifadə edir. Nəticədə bir sıra qruplar proqramdan kənar qalır.

Print ელ. ფოსტა
FaceBook Twitter Google