Gürcüstan Cənubi Qafqazda sabitliyin təşviqi üçün Dinc Qonşuluq
Təşəbbüsü irəli sürüb.
Bu təkliflə ölkənin Baş naziri İrakli Qaribaşvili BMT Baş
Assambleyasının 76-cı sessiyası çərçivəsində keçirilən ümumi
müzakirələrdə çıxış edib.
Onun sözlərinə görə, bu format dialoqa və etimadın
möhkəmləndirilməsinə kömək edəcək, ABŞ və Avropa İttifaqı ilə ümumi
maraq kəsb edən regional məsələlərin praktiki həllinin həyata
keçirilməsinə gətirib çıxaracaq:
“Gürcüstan Cənubi Qafqazdakı qonşularımız və
qardaşlarımız, beynəlxalq tərəfdaşların cəlb olunması ilə Dinc
Qonşuluq Təşəbbüsünün perspektivlərinin müzakirəsi üçün Tbilisidə
beynəlxalq tədbir keçirməyə hazırdır. Gəlin, etimadın qurulmasına
bir neçə kiçik addımlarla başlayaq, daha sonra biz digər regional
və qlobal məsələlərin birgə həllinə keçə
bilərik”.
İ.Qaribaşvili qeyd edib ki, Cənubi Qafqazda dayanqılı sülh və ümumi
strateji perspektivlər Qara dəniz bölgəsinə daha geniş fayda
gətirəcək, həmçinin Avropa və qlobal təhlükəsizliyi
gücləndirəcək.
Mənbə: report.az