Gürcüstanda COVID-19-a yoluxanların sayı 605 mini keçib
Gürcüstanda son sutkada koronavirusa 1 597 yeni yoluxma faktı qeydə alınıb, 38 nəfər vəfat edib.

Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Bununla da ölkədə COVID-19 infeksiyasına ümumi yoluxma sayı 605 360 nəfərə, ölənlərin ümumi sayı isə 8 787 nəfərə yüksəlib.

Ötən 24 saatda 1 189, ümumilikdə isə 573 542 nəfər müalicə olunaraq sağalıb.

Mənbə: report.az
Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები