Yormuğanlı sakinlərinin tapdığı turaclar Tbilisi zooparkına verilib
Tbilisi zooparkında turac quşları peyda olub.


Zooparkın yaydığı məlumata əsasən, 3 ədəd cücə iyul ayında Saqareco rayonunun Yormuğanlı kəndində sahədə ot biçini zamanı aşkarlanıb. Ana turac sahədə görünməyib, bala quşlar pişiklərə yem olmasın deyə onları tapan şəxslər cücələri heyvanxanaya aparıblar.

Turac balaları artıq üç aydır Tbilisi heyvanat parkının sakinləridir. Zooparkdan bildirilib ki, turacın Gürcüstan ərazisində dar arealı var. Nadir quşlara az sayda yalnız Azərbaycanla sərhəd yaxınlığında İori çayının aşağı axarında rast gəlmək mümkündür.

Heyvanat parkı turacların sayını artırmaq niyyətindədir.

“Gələcəkdə onları çoxaltmağa çalışmaq istəyirik və əgər alınarsa, bu, uğur hekayəsi olacaq”, - zooparkın məlumatında deyilir.

Qeyd edək ki, turac quşu Azərbaycanın “Qırmızı Kitabı”na daxil edilib, ovlanması qadağandır.

Mənbə: report.az
Print ელ. ფოსტა
FaceBook Twitter Google