Böyük Britaniyada 2033-cü ilədək mərhələli şəkildə 2G və 3G mobil
rabitə şəbəkələri ləğv olunacaq.
Köhnə rabitə şəbəkələrinin tezliklərində 5G və gələcəkdə 6G
rabitəsi tətbiq olunacaq. Yeni rabitə şəbəkələrinin pilotsuz
avtomobil və hava nəqliyyatı vasitələri, virtual reallıq cihazları
kimi yüksək texnologiyalı avadanlıqlar üçün istifadə olunacaq.
2G və 3G rabitəsinin ləğv olunacağı vaxtı təyin etməklə hökumət
yeni istehsalçıların bazara gəlməsini asanlaşdırmış oldu. Belə ki,
onlar köhnə texnologiyalarla işləmək məcburiyyətində qalmırlar.