"Gücləndirici" doza ilə peyvənd olunacaq 50 yaşdan yuxarı şəxslərə 100 lari köçürüləcək
Qurumlararası Koordinasiya Şurasının Əməliyyat Qərargahının rəhbəri Qiorqi Qibradzenin sözlərinə görə, hökumətin qərarı ilə "gücləndirici" doza qəbul edəcək 50 yaşdan yuxarı şəxslər 100 lari alacaqlar.

Bununla belə, Qibradzenin Qurumlararası Koordinasiya Şurasının iclasından sonra bəyan etdiyi kimi, hazırda əlavə məhdudiyyətlər tətbiq edilməyəcək.

“50 yaşdan yuxarı şəxslərin peyvənd olunmasının təşviqi proqramının 1 ay müddətinə uzadılması qərara alınıb. Bundan başqa, 50 yaşdan yuxarı, gücləndirici doza ilə peyvənd olunan şəxslər 100 lari həcmində həvəsləndirici mükafat alacaqlar", - Qibradze bildirib.

O, həmçinin vətəndaşları test zamanı şəxsi məlumatlarını, o cümlədən telefon nömrələrini düzgün daxil etməyə çağırıb ki, onlarla əlaqə yaransın.

Print ელ. ფოსტა
FaceBook Twitter Google