İdarələrarası Koordinasiya Şurası infeksiyaların yüksək olmasına
baxmayaraq, ölkədə qaydaları sərtləşdirmir.
Səhiyyə nazirinin müavini Tamar Qabunianın sözlərinə görə, indiki
mərhələdə məktəblər üçün əlavə məhdudiyyətlər nəzərdə tutulmur.
“Təhsil Nazirliyi məktəblərlə bağlı maksimum hazırlığı nümayiş
etdirməkdə davam edir və biz təbii ki, bu hazırlığı təsdiqləyirik,
çünki onlarda onlayn rejimə keçmək, eləcə də yerindəcə tədrisi
davam etdirmək mexanizmləri var. İndiyə qədər keçən həftənin
təhlili göstərir ki, məktəblər tez uyğunlaşa biliblər. Bir neçə
məktəb tam distant təhsilə keçib, bəziləri hibrid modeldə qalır,
buna görə də məktəblər belə qarışıq şəkildə işləməyə davam
edəcəklər", - deyə Tamar Qabunia bildirib.
Mənbə: etaloni.ge