Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidzenin
sözlərinə görə, əgər bir şəxsdə simptomlar varsa, o, 112-yə
müraciət edibsə və ailə həkiminin nəzarəti altındadırsa yaşıl
passport alacaq.
“Nazirlik müvafiq normativ aktın tətbiqinə icazə verib. Əgər bir
şəxs koronavirus testindən keçməyibsə, amma simptomları varsa,
112-yə müraciət edibsə, həkim nəzarəti altında olubsa müvafiq
olaraq yaşıl passport ala biləcək”, - deyə amiran
Qamkrelidze bildirib.
Qamkrelidzenin sözlərinə görə, şuradan həmçinin fevralın 1-dən
simptomsuz insanların müayinəsini müvəqqəti dayandırmaq və
simptomları olan insanlara daha çox diqqət yetirmək istənilib.