Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr
komitələrinin növbəti iclasının Gürcüstanın Suxumi şəhərində
keçirilməsi təklif edilib.
Bu təkliflə Gürcüstan parlamentinin xarici əlaqələr komitəsinin
sədri Nikoloz Samxaradze komitələrinin Şuşa şəhərində keçirilən VII
üçtərəfli iclasında çıxış edib.
O, təklif edib ki, Azərbaycan, Türkiyə və Gürcüstan
parlamentlərinin xarici əlaqələr komitələrinin növbəti iclası gələn
il Suxumi şəhərində keçirilsin.
Qeyd edək ki, bu gün Azərbaycan, Türkiyə və Gürcüstan
parlamentlərinin xarici əlaqələr komitələri Şuşa şəhərində VII
üçtərəfli iclas keçiriblər. Toplantıda hər üç ölkənin parlamentləri
arasında münasibətlərin daha da dərinləşdirilməsi və digər
məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Mənbə: report.az