Gürcüstanın Fransadakı səfiri Tea Katukiya istefa verib.
O, bununla bağlı Gürcüstanın Xarici İşlər Nazirliyinə (XİN)
müraciət təqdim edib.
XİN-dən bildirilib ki, T.Katukiya daha əvvəl rəsmi müraciət edib və
onun geri çağırılması proseduruna artıq başlanılıb. Yaxın vaxtlarda
Fransaya yeni səfirin namizədliyinin irəli sürülməsi üçün işin
aparıldığı vurğulanıb.
Qeyd edək ki, T.Katukiya 2019-cu ildə Gürcüstanın Fransada səfiri
və ölkənin UNESCO-dakı daimi nümayəndəsi təyin olunub.
Mənbə: report.az