“Ərazi bütövlüyünü dinc yolla bərpa etməyi planlaşdırırıq” – Qaribaşvili
"Gürcüstan hakimiyyəti dinc, ağıllı siyasət yürütməklə ərazi bütövlüyünü bərpa etməyi planlaşdırır".

Bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Cənubi Osetiyada hərbi əməliyyatların başlamasının 14-cü ildönümü münasibətilə bildirib.

“Biz ərazi bütövlüyümüzü bərpa edəcək və ölkəni birləşdirməklə dinc, ağıllı siyasət yolu tutacağıq. Biz məqsədimizə - Gürcüstanın birləşdirilməsinə nail olacağımıza inanırıq!”, - o feybukda yazıb.

Mənbə: report.az
Print