2022-ci ildə Nobel Sülh Mükafatı "Vyasnı" hüquq müdafiə
təşkilatının təsisçisi, belaruslu hüquq müdafiəçisi Ales
Byaliatskiyə,
Rusiyanın "Memorial" hüquq müdafiə təşkilatına (təşkilat Rusiyada
xarici agent elan edilib və ləğv edildi) və Ukrayna insan haqları
təşkilatı "Vətəndaş Azadlıqları Mərkəzi"nə verilib.
"Uzun illərdir ki, onlar hakimiyyətin tənqidinə və vətəndaşların
fundamental hüquqlarının qorunmasına töhfə veriblər. Onlar hərbi
cinayətlərin, insan hüquqlarının pozulmasının və vəzifə
səlahiyyətlərindən sui-istifadənin sənədləşdirilməsinə xüsusi səy
göstəriblər. Onlar birlikdə, sülh və demokratiya naminə vətəndaş
cəmiyyətinin əhəmiyyətini nümayiş etdirirlər”, -
Nobel Komitəsinin bəyanatında deyilir.
2021-ci ildə Nobel Komitəsi Sülh Mükafatını iki jurnalistə verib.
O, “Novaya qazeta”nın baş redaktoru Dmitri Muratov və Filippinin
“Rappler” qəzetinin təsisçisi Mariya Ressaya “demokratiya və
davamlı sülhün əsasını təşkil edən söz və ifadə azadlığını qorumaq
səylərinə görə” layiq görülüb.
Namizədlərin adları çəkilərkən Alfred Nobelin vəsiyyətnaməsində
göstərilən üç meyar nəzərə alınır: silahlı qüvvələrin azaldılmasına
töhfə, sülh danışıqlarına yardım və xalqlar arasında qardaşlıq
münasibətlərinin möhkəmləndirilməsi.
Mənbə: radiotavisupleba.ge