Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 1600-a keçib
Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 1600-a çatıb. Bunlardan 812-si Əsəd rejiminin nəzarətində olan ərazilərdə, 790-a qədəri isə üsyançıların işğal etdiyi torpaqlarda həlak olub.

Yerli sakinlər ölənlərin sayının kəskin artacağından ehtiyat edirlər.

Zəlzələ nəticəsində Hələb, Latakiya, Həma, İdlib və Tartus əyalətlərində 1500-dən çox insan xəsarət alıb.

Mənbə: Birinci Kanal
Print ელ. ფოსტა
FaceBook Twitter Google