Davam edən 60-a yaxın məhkəmə prosesimiz var – meriyada əlavə iki hüquqşünas işlə təmin olunacaq
Marneuli meriyasının Hüquqi Məsələlər və İnsan Resurslarının İdarə Edilməsi Şöbəsinə iki hüquqşünas əlavə olunacaq. Marneuli Bələdiyyə Məclisi 23 mart tarixində “Marneuli meriyasının ştat siyahısının təsdiqlənməsi və meriyanın siyasi şəxslər, dövlət məmurları, inzibati müqavilələrlə işlə təmin edilmiş şəxslərin əməkhaqqının müəyyən edilməsi haqqında” Marneuli Bələdiyyə Məclisinin sərəncamında dəyişiklik edilməsini dəstəkləyib. Məsələni müzakirəyə çıxaran Marneuli meriyasının Hüquqi Məsələlər və İnsan Resurslarının İdarə Edilməsi Şöbəsinin rəhbəri səlahiyyətlərini icra edən Beka Qavaşeli bildirdi ki, meriyada iki yeni hüquqşünasın işə götürülməsi işlərin artmasından irəli gəlir.

“Bildiyiniz kimi, sərəncamda dəyişiklik etməklə iki hüquqi şöbəyə, ikinci kateqoriyalı mütəxəssis vəzifəsinə iki ştat əlavə edilib. Qeyd olunan dəyişiklik buradan irəli gəlib ki, hüquqi şöbədə işlər çoxalıb, eləcə də indiki mərhələdə məhkəmə işləri də artıb. Təxminən 60-a yaxın məhkəmə prosesi davam edir. Müvafiq olaraq, məhsuldarlığı və keyfiyyəti artırmaq məqsədi ilə bizim şöbəyə bu iki kateqoriyanın əlavə edilməsi məqsədəuyğundur”, – Beka Qavaşeli bildirib.

Marneuli meriyasının Hüquqi Məsələlər və İnsan Resurslarının İdarə Edilməsi Şöbəsinə 23 mart tarixində edilmiş dəyişikliklərə qədər 7 ştat nəzərdə tutulmuşdu. Onlardan biri ikinci dərəcəli struktur bölməsinin rəhbəri vəzifəsi, yəni şöbə rəhbəri vəzifəsidir. Aylıq əməkhaqqı 2530 laridir. Birinci kateqoriyalı baş mütəxəssis vəzifəsinə 4 ştat nəzərdə tutulub. Onların aylıq əməkhaqqı 1870 lari olacaq. İkinci kateqoriyalı baş mütəxəssis vəzifəsinə isə 2 ştat nəzərdə tutulub. 23 mart tarixində edilmiş dəyişikliyə əsasən iki ştat əlavə olunub. İkinci kateqoriyalı baş mütəxəssisin əməkhaqqı isə 1760 laridir.


Print ელ. ფოსტა
FaceBook Twitter Google