Kvemo Kartlidə nikaha daxilolmanın və boşananların sayı artıbmı?
Gürcüstanın Milli Statistika Xidməti 2022-ci il üçün əsas demoqrafik indeksi dərc edib.

Sənədə əsasən, 2022-ci ildə Kvemo Kartli regionunda doğulanların sayı 5 074 nəfər olub ki, bu da 2021-ci ilin eyni dövürün göstəricilərinə görə 324 nəfər azdır.

Ölənlərin sayına gəlincə, 2022-ci ildə 4 528 ölüm qeydə alınıb. Bu 2021-ci ildə 5 565 nəfər təşkil edib.

Kvemo Kartlidə 2022-ci ildə qeydə alınmış nikaha daxilolmanın sayı 3 216 olub. Bu rəqəm 2021-ci illə müqayisədə 186 nəfər çoxdur.

Kvemo Kartlidə qeydə alınmış boşanma hallarının sayı 1 283 nəfər təşkil edib ki, bu da 2021-ci ilin müvafiq dövürünün göstəricisindən 280 fakt çoxdur.

"Marneuli" Radiosu
Print