Türkiyədə 58 avtomobilin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi
baş verib, xəsarət alanlar var.
Hadisə Anadolu magistralının Bolu hissəsində qeydə alınıb.
Zəncirvari
qəzada 10 nəfər yaralanıb. Əraziyə xilasedicilər, təcili
tibbi yardım, polis əməkdaşları göndərilib. Yaralılar xəstəxanaya
çatdırılıblar. Onlardan ikisinin vəziyyəti ağırdır.
Qəza səbəbindən nəqliyyatın hərəkətini dayanıb. Bu səbəbdən
magistralda böyük tıxac yaranıb.